ABU-nun tələbələrinə şad xəbər - attestatlar qaytarılır

ABU-nun tələbələrinə şad xəbər - attestatlar qaytarılır
  20 May 2015    Oxunub:2453
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinə qəbul olunub təhsili müəyyən səbəblərdən yarımçıq qalmış şəxslərin arxivdə aşkar olunmuş attestatlarının Təhsil Nazirliyi tərəfindən qaytarılması prosesi davam edir.
Təhsil Nazirliyindən AzVision.az-a verilən məlumata görə, müvafiq siyahıda adı olan şəxslərdən 19 may 2015-ci il tarixinə qədər Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (146-1) zəng edərək qeydiyyatdan keçmiş 221 nəfərdən 128-i sənədlərini geri alıb.

Qeyd edək ki, qeydiyyatdan keçmiş vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədlə (digər şəxslər etibarnamə əsasında) hər həftənin çərşənbə axşamı və çərşənbə günləri Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzinə müraciət edərək, müvafiq sənədlərini geri ala bilərlər.

AzVision.az


Teqlər:



Xəbər lenti