Ramil Usubov yanğında xəsarət alanlarla görüşüb

Ramil Usubov yanğında xəsarət alanlarla görüşüb
  20 May 2015    Oxunub:1957
Bu gün daxili işlər naziri, polis general-polkovniki Ramil Usubov Bakının Binəqədi rayonunda yanğın zamanı xəsarət alan şəxslərə baş xəstəxanada baş çəkib.
Nazir xəsarət alan şəxslərə can sağlığı arzulayıb və onların müalicəsi üşün dövlətin lazımi qayğı göstərəcəyini bildirib.

Xatırladaq ki, mayın 19-u Bakının Binəqədi rayonunun Azadlıq prospekti 200/36 ünvanında 16 mərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib. Hadisə nəticəsində 15 nəfər dünyasını dəyişib, 50 nəfərə yaxını isə yaralanıb və ya zəhərlənib.

AzVision.az


Teqlər:



Xəbər lenti