Amerikanın oğurluq simvolu

Amerikanın oğurluq simvolu
  30 May 2013    Oxunub:5925
Türkiyədə nəşr olunan qəzetlərdən birinin araşdırmaçı jurnalisti, tarixçi alim Sunay Akın iddia edir ki, hazırda Amerika Birləşmiş Ştatlarının Nyu-York Ştatında olan Azadlıq heykəli türklərə məxsusdur.
Amma amerikalılar bu heykəli oğurlayaraq özününküləşdirib. Alim həmçinin Türkiyənin 150 illik tarixi olan abidəyə görə Birləşmiş Ştatlardan təzminat tələb etməli olduğunu da bildirib. İddiaya görə, heykəl Osmanlı xanədanları Əbdüləzizin zamanında sifariş olunub.

Sultan Əbdülməcid isə heykəlin pulunu fransız əsilli heykəltəraş Bertolda verib. İskəndəriyyə limanına qoyulmalı olan Azadlıq heykəli Misirin etirazından sonra Fransaya göndərilib və ordan da Amerikaya gedib çıxıb. Beləliklə, Süveyş kanalının açılışı üçün türklərin sifariş etdiyi bu heykəl indi Nyu-Yorku bəzəyir.


Teqlər:  





Xəbər lenti