Səhiyyə naziri:`Çox ağır vəziyyətdə olan xəstə yoxdur`

 Səhiyyə naziri:`Çox ağır vəziyyətdə olan xəstə yoxdur`
  20 May 2015    Oxunub:1271
`Bakı şəhərində baş verən yanğın zamanı hadisə yerində təcili yardım briqadaları tərəfindən 56 nəfərə tibbi yardım göstərilib, onlardan 41-i xəstəxanalara yerləşdirilib`.
Bunu səhiyyə naziri Oqtay Şirəliyev yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən ilk iclasında çıxışı zamanı deyib. O bildirib ki, xəstəxanaya yerləşdirilənlərdən 16-sı lazımi yardım göstərilərək axşam buraxılıb.

Nazir hazırda xəstəxanalarda 14 xəstənin olduğunu söyləyib: `Onların vəziyyəti kafidir və aralarında çox ağır vəziyyətdə olan xəstə yoxdur. Hadisə nəticəsində 15 ölüm hadisəsi olub. Binadan 14 meyit çıxarılıb, bir nəfər - 68 yaşlı qadın isə gecə vəfat edib`.(Apa)


Teqlər:





Xəbər lenti