Gömrükçülər Avropa Oyunlarında hansı işləri görəcək?

Gömrükçülər Avropa Oyunlarında hansı işləri görəcək?
  21 May 2015    Oxunub:1383
Azərbaycanda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar gömrük işçilərinin sayında dəyişiklik edilməyib.
Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə bildirib. Onun sözlərinə görə, bütün sərhədlərdə Dövlət Gömrük Komitəsinin təcrübəli mütəxəssislərinin iştirakı ilə yüklərin, sərnişinlərin gəlişilə bağlı seminarlar keçirilib:

"Əl yüklərinin və baqajların rəsmiləşdirilməsi ilə bağlı Azərbaycan və ingilis dilində məlumat kitabçaları nəşr olunub. Bütün sərhədlər, o cümldən Bakı-2015 I Avropa Oyunları Təşkilat Komitəsi bu məlumat kitabçaları ilə təmin edilib. Əl yüklərinin vaxtında rəsmiləşdirilib sərhədləri keçməsi üçün turistlərə bütün şərait yaradılacaq".

O, qeyd edib ki, qonşu ölkələrdən fərdi avtomobillərin sərhədlərdən buraxılması qaydalarında dəyişiklik edilməyəcək: "Oyunlarla bağlı müəyyən işləri artıq görürük. Qarşımızda qoyulan vəzifələr üzrə çalışırıq".

AzVision.az


Teqlər:  



Xəbər lenti