Binəqədidə binaların üzlükləri sökülür

Binəqədidə binaların üzlükləri sökülür
  21 May 2015    Oxunub:2158
"Bakının Binəqədi rayonunda yanan binanın ətrafındakı binaların üzlükləri sökülür".
Bunu jurnalistlərə açıqlamasında Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov deyib.

O bildirib ki, Binəqədi ərazisində üzlükləri sökülən binanların sayı bəlli deyil: "Ekspert hansı binanın üzlüklərinin sölkülməsi ilə bağlı qərar verirsə, o binanın da üzü sökülür. Bu işlər Bakıda baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının rəyinə əsasən aparılır".

Qeyd edək ki, hazırda 30, 18, 24 saylı binaların üzlüyü sökülür.

AzVision.az


Teqlər:



Xəbər lenti