Bu prospektlərdə tıxac var

Bu prospektlərdə tıxac var
  21 May 2015    Oxunub:1695
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) sürücülərə xəbərdarlıq edib.
AzVision.az-ın mərkəzin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Ziya Bünyadov prospektində nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur. Sıxlıq Atatürk prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsində aparılan təmir işləri ilə əlaqədardır.

Bu səbəbdən NİİM sürücülərə alternativ yollardan istifadə etməyi tövsiyə edir. Alternativ yol olaraq Əhməd Rəcəbli küçəsi, Heydər Əliyev prospekti kimi yollar göstərilir.

AzVision.az


Teqlər:



Xəbər lenti