ATV-dən Mətanət qalmaqalı ilə bağlı açıqlama

ATV-dən Mətanət qalmaqalı ilə bağlı açıqlama
  21 May 2015    Oxunub:6360
Bu gün "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında Bədii Şuranın "Gündəlik" verilişinin aparıcısı Mətanət Əliverdiyevanın dünən efirdə səsləndirdiyi fikirlərlə bağlı iclası keçirilib.
ATV-dən AzVision.az-a verilən məlumata görə, iclasda 20.05.2015 tarixində yayımlanan "Gündəlik" verilişi müzakirə olunub. İclasda sosial şəbəkələrdə və bəzi internet portallarında verilişin aparıcısı Mətanət Əliverdiyevanın yayım zamanı işlətdiyi bəzi sözlər bilərəkdən dəyişikliyə məruz qalaraq, kontekstdən çıxarılaraq təqdim edilməsi kimi qiymətləndirilib.

“ATV-də canlı yayımlanan verilişlərdə iştirak edən bütün əməkdaşlara tövsiyə olunub ki, bu cür həssas məqamlarda fikirlərini ifadə edərkən son dərəcə diqqətli olsunlar. Çünki bəzi məkirli media qrumları və internet portallarının əməkdaşları işlədilən ifadələri bilərəkdən konteksdən çıxararaq, öz mənafelərinə uyğun formada təqdim edirlər. Və beləliklə də ATV-nin adını hallandırmaqla belə həssas məqamlarda öz oxucu saylarını artırmağa çalışırlar.

Baxmayaraq ki, TV-lər sırasında ilk olaraq ATV kanalı öz proqram siyasətinə dəyşiklik edərək şou verilişlərin yayımını dayandırıb, bundan başqa, hadisə yerindən ardıcıl olaraq xəbərlər yayımlayıb. Bəzi həmkarlarımızı görülən bu işlərə kölgə salmaqdan və diqqəti əsas faciədən yayındırmaqdan çəkinməyə çağırırıq”.

Qeyd edək ki, teleaparıcı Mətanət Əliverdiyeva ötən gün “Gündəlik” verilişində Bakının Binəqədi rayonu Azadlıq prospektindəki dəhşətli yanğınla bağlı fikirlərini səsləndirib. O, “Biz o faciəni lap belə faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi baxdıq, getdi”-deyib. Bu isə insanlarda qıcıq yaradıb. Teleaparıcı sosial şəbəkələrdə qınaq obyektinə çevrilib.

AzVision.az


Teqlər:





Xəbər lenti