Yanğında fərqlənən polislərə mükafat veriləcək - Nazir

Yanğında fərqlənən polislərə mükafat veriləcək - Nazir
  21 May 2015    Oxunub:3443
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov paytaxtın Binəqədi rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı sakinlərin təxliyə və xilas olunmasında fədakarlıq göstərərkən müxtəlif dərəcəli xəsarətlər alan, hazırda DİN-in A.Heydərov adına Respublika Hospitalında müalicəsini davam etdirən polis əməkdaşına baş çəkib.
Bu barədə AzVision.az-a DİN-in mətbuat xidmətindən xəbər verilib.

Nazir xidməti və vətəndaşlıq borcunu layiqincə yerinə yetirib, həyatını risqə atmaqdan çəkinməyərək 4 nəfəri xilas edən Çevik Polis Alayının 2-ci Patrul Bölüyünün əməkdaşı, polis serjantı Şahin Qocayevin səhhəti ilə maraqlanıb, ona şəfa diləyib, göstərdiyi igidliyə görə təşəkkür edib, tezliklə sağalaraq polis sıralarında fəaliyyətini davam etdirməsini arzulayıb.

Təxliyə və xilasetmə işləri zamanı vəzifə borclarının icrasında fərqlənən əməkdaşların Prezident İlham Əliyevin tapşırığına əsasən dövlət mükafatlarına təqdim olunacağı onun diqqətinə çatdırılıb.

Polis serjantı Şahin Qocayev xəstəxana palatasında gözlərini açdığı andan dövlətin qayğısnı hiss etdiyini deyərək, bu ali diqqətə görə ölkə Prezidentinə minnətdarlığını bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti