Avropa Oyunları ilə bağlı Azərbaycandakı sələfilərə çağırış

Avropa Oyunları ilə bağlı Azərbaycandakı sələfilərə çağırış
  21 May 2015    Oxunub:4157
“Avropa Oyunları ilə əlaqədar ölkəmizə çoxlu qonaqlar gələcək. Biz onlara öz qonaqpərvərliyimizi nümayiş etdirməliyik”
Bunu AzVision.az-a açıqlamasında Azərbaycanlı sələfilərin lideri, Əbu Bəkr Məscidinin imamı Hacı Qamət Süleymanov deyib.

Din xadimi Bakıda keçiriləcək Avropa Oyunları ilə bağlı sələfilərə səslənib: “Biz həmişə öz təriqətimizin nümayədələrinə çağırışlar edirik. Avropa Oyunları öncəsi də çağırışlar edirik ki, dindarlar təhlükəsizliyi qorusunlar, asayişi pozmasınlar.

Bu günlərdə insanlar təhlükəsizlik qaydalarına əməl etməli, əmin-amanlığı qorumalıdırlar. Onları təhlükəsizliyi qorumağa dəvət edirik. Qardaşlara tövsiyyə edirik ki, Avropa Oyunları keçirilən günlərdə daha da ehtiyatlı olsunlar”.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti