`Yanğın hakimiyyətə qarşı təxribat ola bilər` - Sələfi lideri
Din xadimi hesab edir ki, 15 nəfərin öldüyü yanğın çox güman ki, təxribat xarakterlidir.
“Bu, Azərbaycan üçün böyük faciə idi. Həmin yanğınla bağlı hazırda təhqiqat işləri gedir. Yanğının səbəbi haqda müxtəlif ehtimallar, versiyalar səsləndirilir. Azərbaycanı gözü gütüməyən düşmənlər çoxdur. Bunu danmaz olmaz. Hesab edirəm ki, bu hadisənin Avropa Oyunları öncəsi baş verməsi həmin qüvvələr tərəfindən hakimiyyətə qarşı bir təxribat ola bilər. Bu real görünür. Hər şey mümkündür. Araşdırmalar yekunlaşandan sonra hər şey aydın olacaq”,-deyə Q.Süleymanov vurğulayıb.
Qeyd edək ki, mayın 19-da Bakının Binəqədi rayonunda hündürmərtəbəli yaşayış binasında güclü yanğın olub. Hadisə nəticəsində 15 nəfər dünyasını dəyişib, 50-də çox insan isə yaralanıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


