Bakının bəzi yerlərində qaz olmayacaq

Bakının bəzi yerlərində qaz olmayacaq
  22 May 2015    Oxunub:1335
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsində AZƏRTAC-a bildirilib ki, bu gün 10-dan 13-dək Binəqədi rayonunun 8-ci mikrorayon, Nərimanov rayonunun Ayna Sultanova küçəsindən Gənclik metro stansiyasına qədər olan ərazisinə, saat 10-dan 18-dək isə Sabunçu rayonunun Pirşağı və Nardaran qəsəbələrinə təbii qazın verilişində fasilələr yaranacaq.

Məhdudlaşdırmanın istismara yararsız 530 mm-lik polad borunun polietilen boru ilə əvəzlənməsi və yeni çəkilmiş xətlərin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar olduğu bildirilir.


Teqlər:





Xəbər lenti