Mətanətdən ANS-ə cavab: “Vecimə də deyil..”
Ans-də haqqında efirə gedən tənqid dolu sujetə münasibət bildirmək istəməyən Mətanət həmkarı Ləman Ələşrəfqızının fikrini vecinə almadığını bildirib: “Qoy, nə deyirlər desinlər. Heç kimə cavab verməyəcəyəm. Nə istəyirlər danışsınlar, yazsınlar. Mən çox müsbət insanam. Ona görə də onlara fikir verməyəcəyəm. Allah bilən məsləhətdir”.
Qeyd edək ki, ötən gün ANS telekanalının əməkdaşı Ləman Ələşrəfqızı ATV-nin məşhur aparıcısı Mətanət Əlverdiyeva haqqında tənqidi materail hazırlayıb.
L.Ələşrəfqızı öz süjetində “təhqir varsa, gərək üzr istəmək mədəniyyəti də olsun. Sənsə bunu istəmədin. Çalışdığın kanal da yanlış olaraq bu səhv mövqeyi müdafiə elədin”-deyərək aparıcı Mətanətin yanğınla bağlı fikirlərini tənqid edib.
Gültəkin Ələsgər