`Kim sizə bu haqqı verib?! ` - Hüquq müdafiəçisi Riqada etiraz etdi

`Kim sizə bu haqqı verib?! ` - Hüquq müdafiəçisi Riqada etiraz etdi
  22 May 2015    Oxunub:3121
“Dünən Bakı şəhərində faciə baş verib, çoxsaylı insan tələfatı var. Məncə, Azərbaycanda insan hüquqlarından narahat olanlar elə bundan başlamalı idilər. Ən azından, bir dəqiqəlik sükut elan etmək olardı...”

Bu sözləri hüquq müdafiəçisi Sahib Məmmədov Riqada «Şərq tərəfdaşlığı» (ŞT) Proqramının üzvü olan ölkələrin sammitindəki çıxışında deyib.

- Burada deyildi ki, Azərbaycanda vətəndaş cəmiyyəti məhv edilib və artıq yoxdur. Azərbaycanda 4 nəfər QHT nümayəndəsi ya istintaq altındadır, ya da haqqında məhkəmə hökmü var. Bu, ola bilər çoxdur, amma o qədər çox deyil ki, Azərbaycanda vətəndaş cəmiyyətini “dəfn” edəsiz? Kim sizə bu haqqı verib?,- deyə hüquq müdafiəçisi soruşub.

O, xatırladıb ki Azərbaycanda hazırda 4500 yerli QHT və 111 Xarici ölkə QHT-lərinin filial və nümayəndəliyi fəaliyyət göstərir. Yerli QHT-lərdən 300-ə yaxını bilavasitə fundamental hüquq və azadlıqların müdafiəsilə məşğuldur: “Azərbaycanda vətəndaş cəmiyyəti bəzi çətinliklərə baxmayaraq, regionda ən güclü Vətəndaş Cəmiyyəti olaraq qalmaqdadır. 90-cı illərin hüquq müdafiəçiləri həmişə olduğu kimi iş başındadır və insan hüquqlarını müdafiə etməkdədir. Mən özümdən misal göstərə bilərəm. Bu il Avropa məhkəməsinə 18 nəfərlə bağlı şikayət hazırlayıb göndərmişəm. Gələn ilin bu vaxtına qədər BMT müqavilə orqanlarına bir neçə alternativ hesabat hazırlayacağıq. Burda iştirak edən və etməyən çoxsaylı QHT lər fəaliyytdədir. Ona görə də Azərbaycan barədə bu qədər qərəzli mövqe ədalətsizdir. QHT-lərin qeydiyyatının könüllü olduğu bir ölkəni Belarusla müqaisə edirlər. Gömrük ittifaqına daxil olmayan, Avropa ilə inteqrasiya istiqamətində səyləri davam etdirən Azərbaycanı Rusiyanın de-fakto subyekti olan Belarusla müqayisə nə dərəcədə doğrudur? Bir məsləni də diqqətinizə çatdırım: Azərbaycan müstəqilliyini saxlayan və Gömrük İttifaqına daxil olmayan ölkədir. Bunu nəzərə almalısınız”.


Teqlər:





Xəbər lenti