“Nostradamus olsaydım deyərdim...” – Deputatdan yanğın açıqlaması
Deputat hesab edir ki, penoplast üzlüklü binalar Avropa Oyunları keçirilən günlərdə ciddi şəkildə qorunmalıdır.
“Hesab edirəm ki, bu binalar Avropa Oyunlarına qədər mühafizə olunmalıdır. Oyunlardan sonra həmin üzlüklər sökülməlidir. Burada binaların görkəmi məsələsi də var. Ölkəmizdə Avropa Oyunları üçün çox ciddi işlər görülüb. Məhz bu aspektdən vizual görüntünü korlamaq olmaz”.
İ.Ağazadə hesab edir, hadisədən sonra əsas məsələ dövlətin üzlüklərə çəkdiyi böyük xərcin qaytarılmasıdır: “Faciəni törədənlərin kim olması barədə mən heç nə deyə bilmərəm. Nostradamus deyiləm ki, günahkarın kim olduğunu deyim. Nostradamus olsaydım bilərdim. Günahkarları istintaq müəyyənləşdirəcək. Bu hadisənin günahkarlarının adları cəmiyyətə açıqlandıqdan sonra işin nə qədər obyetiv aparıldığının şahidi olacağıq. Həmin üzlüklü binaların sayı çoxdur. Əsas məsələ həmin üzlüklərə xərclənmiş vəsaitin hansı mənbələr üzrə geri qaytarılacağıdır. Bura az miqdarda dövlət vəsaiti xərclənməyib”.
Hafiz Əhmədov