İlham Əliyev senatorları qəbul edib

İlham Əliyev senatorları qəbul edib
  31 May 2013    Oxunub:1029
İlham Əliyev ABŞ Senatının Kəşfiyyat üzrə Xüsusi Komitəsinin sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
AzVision.az xəbər verir ki, Prezident İlham Əliyev ABŞ Senatının Kəşfiyyat üzrə Xüsusi Komitəsinin sədr müavini senator Saksbi Çamblissin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Mayın 29-da Bakıda “Gələcəyə baxış” Azərbaycan-ABŞ Forumunun yüksək səviyyədə keçirildiyini vurğulayan Prezident İlham Əliyev ABŞ-dan 300-dən artıq nümayəndənin iştirak etdiyi tədbirdə tərəfdaşlığımıza dair aparılan məhsuldar müzakirələrin önəmini qeyd etdi.

ABŞ Senatının Kəşfiyyat üzrə Xüsusi Komitəsinin sədr müavini senator Saksbi Çambliss istər ulu öndər Heydər Əliyevin, istərsə də Prezident İlham Əliyevin rəhbərlik etdiyi dövrlərdə ölkəmizdə böyük inkişafın şahidi olduqlarını dedi. O, ölkələrimiz arasında bir çox sahələrdə yaxşı tərəfdaşlıq əlaqələrinin inkişafına görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi.

Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən enerji, terrorizmə qarşı mübarizə, təhlükəsizlik və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə yüksək qiymətləndirildi, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Görüşdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparıldı.


Teqlər:  





Xəbər lenti