İş adamı Xəqani Bəşirov: “Yanğınla əlaqəm yoxdur”

İş adamı Xəqani Bəşirov: “Yanğınla əlaqəm yoxdur”
  23 May 2015    Oxunub:12110
Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla “General Construction” şirkətinin və iş adamı Xəqani Bəşirovun heç bir əlaqəsi yoxdur.
Bu barədə AzVision.az-a açqılamasında Xəqani Bəşirovun vəkili Muxtar Mustafayev deyib.

Onun sözlərinə görə, “General Construction” şirkətinin və “Oceanstream İNC” şirkətinin yanğın baş vermiş binada aparılan üzləmə işi ilə, yaxud “Global Construction” şirkəti ilə hər-hansı bir əlaqəsi yoxdur:

“Xəqani Bəşirovun tərcümeyi-halından geniş məlumatlar sadalanır. Bundan əlavə, vəzifəli şəxsləri barədə cinayət işi qaldırılmış “Global Construction” şirkətinin adı “General Construction” şirkətinin adı ilə qarışıq salınır. Xəqani Bəşirov baş vermiş hadisədən təəssüfləndiyini və qəza nəticəsində vəfat etmiş şəxslərin yaxınlarına başsağlığı verdiyini, xəsarət almış şəxslərin isə tez bir zamanda şəfa tapmasını arzuladığını bildirir. Eyni zamanda, heç bir əsas olmadan adının bu faciə ilə bağlı hallandırılması onun işgüzar nüfuzuna zərər vurduğunu bildirir”.

Vəkil qeyd edib ki, milliyyətcə azərbaycanlı olan Xəqani Bəşirov hazırda Fransa vətəndaşıdır.

Qeyd edək ki, Xəqani Bəşirovla bağlı mətbuatda yazılan xəbərlərdə onun “Global Construction” şirkətinin rəhbəri olduğu qeyd edilib.

Bu barədə `haqqin.az` saytının təxminən il yarım əvvəl dərc etdiyi məqalədə məlumat verilmişdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti