“Türk axını” 2017-dən sonraya qaldı

“Türk axını” 2017-dən sonraya qaldı
  23 May 2015    Oxunub:2646
Rəsmi Ankaranın Rusiyadakı səfiri Umit Yardımın sözlərinə görə, “Türk axını” kəməri 2017-ci ildən sonra istismara veriləcək.
Bu barədə AzViion.az “Qazeta.ru”ya istinadən xəbər verir.

Türkiyəli səfirin sözlərinə görə, Ankara və Moskva “layihənin başlanması mərhələsinə dair razılığa hələki gəlməyib”.

“Bu gün qaz kəmərinin 2016 və ya 2017-ci ildə istismara veriləcəyi dair fikri səsləndirmək düzgün deyil”, - deyə səfir vurğulayıb.

Yardım eyni zamanda qeyd edib ki, layihənin uğurla yekunlaşdırılması həm Türkiyə, həm də Rusiya üçün böyük qələbə olacaq.

Səfir xatırladıb ki, hazırda ölkələr arasında “Türk axını” ilə bağlı tərəflərin üzərinə “öhdəlik qoyan imzalanan sənəd yoxdur”, lakin layihənin reallaşdırılmasına dair istək və arzu var.

Daha əvvəl “Qazprom” rəhbəri Aleksey Miller bəyan etmişdi ki, 2016-cı ilin dekabrında “Türk axını”nın işə salınması gözlənilir.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti