“BP-Azərbaycan”da ixtisarlar aparılır? - AÇIQLAMA
“Hazırda “BP-Azərbaycan” şirkətində heç bir ixtisar aparılmır. İxtisarlar bir neçə ay əvvəl aparılıb. Hazırda şirkətdə heç kim işdən çıxarılmayıb”.
Qeyd edək ki, son günlər adıçəkilən şirkətdə kütləvi ixtisarların aparılması haqda məlumatlar yayılır. Şirkətdə işləyənlərin sözlərinə görə, rəhbərlik tərəfindən onlara bir neçə dəfə bu barədə xəbərdarlıq edilib.
Xatırladaq ki, yanvar ayında adıçəkilən şirkətdə 105 yerli, 150 əcnəbi işçi ixtisar edilib.
Hafiz Əhmədov