Bakının `üzü` dəyişir - VİDEO

Bakının `üzü` dəyişir - VİDEO
  24 May 2015    Oxunub:4500
Binaların tez alışan üzlüklərinin söküntüsü davam etməkdədir.Artıq bəzi binalarda bu işlər yekunlaşmaq üzrədir. Söküntü işlərinə Lənkəran rayonunda da başlanılıb.Paytaxtin Nəsimi rayonunda isə 5 mərtəbəli yaşayış binalarının fasad hissələrinin rənglənməsinə başlanılıb.

Canlı qüvvə və texnikalar dayanmadan işləyir. Bakıda binalara vurulmuş tezalışan üzlüklər sökülməyə davam edir.

Söküntü işləri bu cür üzlüklü binaların hamısında aparılır. Əksər binalarda işlər tamamlanmaq üzrədir.

İcra hakimiyyətindən bildirilib ki, Bakıda belə üzlüklər olan 140 belə bina var və bunlar söküləcək.

Paytaxtın bəzi yerlərində isə fərqli mənzərə hökm sürür. Nəsimi rayonunda Alı Mustafayev küçəsi boyu 5 mərtəbəli yaşayış binasının üzlərinin rənglənməsinə başlanılıb. Burda binaların üzərinə tezalışan materal yox boya vurulur.

Binaların eyvanlarının daha səliqəli görünməsi üçün bağlı eyvanlar sökülərək standart vəziyyətə salınır.

Binaların yanğına həssas üzlüklərinin söküntüsünə Lənkəranda da başlanıb. Şəhərdə 1 beşmərtəbəli, 3 dördmərtəbəli və 1 ikimərtəbəli bina bu üzlüklərlə üzlənib. (Xəzərxəbər)




Teqlər:



Xəbər lenti