Yanan binada xəsarət alanların vəziyyəti necədir?

Yanan binada xəsarət alanların vəziyyəti necədir?
  25 May 2015    Oxunub:1712
Binəqədi rayonunda yanan binada xəsarət alanlardan 10 nəfərin xəstəxanada müalicəsi davam edir.
Bu barədə Mərkəzi Klinik Xəstəxananın Toksikologiya Şöbəsinin müdiri Azər Maqsudov bildirib. Onun sözlərinə görə, hazırda yaralıların vəziyyəti orta-ağırdır.

“Zəhərlənənlərin səhhətində ağırlaşma olmayıb. Hazırda müalicələri davam edir.Bu gün konsilium keçirəcəyik. Ola bilsin ki, sabah xəstələr evə buraxılsınlar”, - deyə Azər Maqsudov bildirib.

Qeyd edək ki, may ayının 19-da Binəqədi rayonunda binanın yanması nəticəsində 15 nəfər ölüb, 56 nəfər xəsarət alıb. Onlardan 35 nəfəri zəhərlənmə diaqnozu ilə Mərkəzi Klinik Xəstəxananın Toksikologiya Şöbəsinə yerləşdirilib. Xəsarət alanlardan 2 nəfər isə 5 saylı şəhər xəstəxanasına yerləşdirilib.
(Ans)


Teqlər:  



Xəbər lenti