`Otto`dan Rəşad Məmmədovla bağlı Açıqlama

`Otto`dan Rəşad Məmmədovla bağlı Açıqlama
  25 May 2015    Oxunub:4119
Bakının məşhur “Otto” klubu keçmiş “bayraqdar”, hazırda həbsdə olan “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədova məxsus deyil.
Bu barədə AzVision.az-a “Otto” klubundan daxil olan məlumatda qeyd edilib.

Bildirilib ki, gecə klubunun Rəşad Məmmədova məxsus olması haqda mətbuatda yayılan xəbərlər həqiqətə uyğun deyil, “Otto”nun sahibi Rüfət Bayramov adlı sahibkardır.

“Mətbuatda “Otto” klubunun “Azİmport” şirkəti ilə əlaqələrinin olması barədə hay-küylü və yalan dolu məqalə dərc olunub. “Otto” klubunun həmin şirkətlə və onun sahibi ilə heç bir bağlılığı yoxdur. Klubun sahibi tamamilə başqa adamdır. “Otto” klubunun sahibi Rüfət Bayramovdur, icraçı direktoru isə Ziyad Əliyevdir.
Xahiş edirik ki, insanlar yalan məlumatlarla dolu məqalələr’ inanmasınlar”-deyə açıqlamada bildirilib.

Xatırladaq ki, mətbuatda yayılan məlumatlarda “Otto” pivə-barının “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədova məxsus olduğu iddia edilir.

Rəşad Məmmədov hazırda Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında saxlanılır. Barəsində cinayət işi açılıb.

Hafiz Əhmədov


Teqlər:  



Xəbər lenti