Biliç Beşiktaşdan gedir
“İki mövsümdür gördüyüm işlə fəxr edirəm. Gözəl anlar və xatirələrim var. İki il ərzində 7 gün, 24 saat klub üçün əlimdən gələni etməyə çalışmışam. Belə bir komandada mütləq hədəf - çempionluqdur. Əgər iki mövsüm ard-arda çempion ola bilmirsinizsə, “əlvida” deyib yolları ayırmaq lazımdır. Klub rəhbərliyi ilə də bu barədə danışmışıq”, – deyə Biliç vurğulayıb.
Qeyd edək ki, ötən gün baş tutan “Qalatasaray” – “Beşiktaş” oyunu ev sahiblərinin 2-0 hesablı qələbəsi ilə yekunlaşıb.
Fatimə Kərimli
Azvision.az