Əlillər istirahətə gedir

Əlillər istirahətə gedir
  25 May 2015    Oxunub:1395
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 76 nəfər əlilliyi olan şəxsi Lənkəran rayonundakı istirahət və sağlamlıq mərkəzinə göndərib.
ƏƏSMN-dən verilən məlumata görə, bununla da nazirlik tərəfindən son iki ayda 426 nəfərin, o cümlədən 286 nəfərin Lənkəran rayonuna, 140 nəfərin isə Şəki rayonuna istirahətə göndərilməsi təmin olunub.

Bu istiqamətdə işlər cari ilin yay mövsümü ərzində davam etdiriləcək. Belə ki, adıgedən Proqrama əsasən, 2015-ci il ərzində ümumilikdə 1000 nəfərdən artıq əlilliyi olan şəxsin Lənkəran, Şəki və Xaçmaz rayonlarında istirahətinin təşkili nəzərdə tutulub.

Əlilliyi olan şəxslər istirahət və sağlamlıq mərkəzlərinə xüsusi ayrılmış nəqliyyat vasitəsilə aparılıb-gətirilir. Mərkəzlərdə onların istirahəti xüsusi proqram çərçivəsində təşkil olunur, onlar üçün müxtəlif idman yarışlarının, musiqili-əyləncəli tədbirlərin təşkili, tarixi və görməli yerlərə gəzinti turları, həmçinin həmin şəxslərin fizioterapevtik müalicə proseduralarına cəlb olunması və s. həyata keçirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti