`Allah haqqı yalandır` - Bankdan açıqlama
O, Rövşən İsmayılovun hazırda işdə olduğunu bildirib:
“Allah haqqı Rövşən İsmayılov saxlanılmayıb. Həbs də olunmayıb. Bu məlumatlar yalandır. O, hazırda iş başındadır. Biz bilmirik ki, kimlər bu xəbərləri yayır. Heç kəs belə xəbərlərə inanmasın”.
Qeyd edək ki, virtualaz.org saytının yaydığı məlumata görə, “Bank Technique” Müşahidə Şurasının sədri Rövşən İsmayılov saxlanılıb. Məlumata görə, Rövşən İsmayılov ötən həftənin cümə günü - mayın 22-də saxlanılıb. O, hazırda DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin (“Bandotel”) təcridxanasında saxlanılır.
Bankir xüsusilə böyük məbləğdə pul yumaqda ittiham olunur.
Hafiz Əhmədov







Vaxtında, Aydın, Lazımlı!


