İcra başçısı qeyd edib ki, Gəncənin tarixi çox qədimdir və aparılan arxeoloji qazıntılar bunu bir daha təsdiq edir. Tarixiliklə müasirliyin vəhdətini özündə birləşdirən Gəncə Avropa məkanında yerləşməsə də, 2016-cı il üçün Avropanın Gənclər paytaxtı seçilib.
E.Vəliyev vurğulayıb ki, hazırda ölkə əlamətdar hadisə qarşısındadır. Gələn ay Bakıda I Avropa Oyunlarına start veriləcək və bu möhtəşəm tədbirə aparılan böyük hazırlıq işləri yekunlaşmaq üzrədir.
Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini Stefen MakKormik dünya sivilizasiyasına böyük dühalar bəxş etmiş Gəncəyə səfər etməyin onun çoxdankı arzusu olduğunu bildirib. Bu gün bu qədim şəhərdə olmağından məmnun qaldığını bildirən diplomat iki gün ərzində Gəncə ilə daha ətraflı tanış olacağını vurğulayıb.Eyni zamanda səfərinin məqsədinin Azərbaycanın ikinci şəhəri olan Gəncənin inkişafını gözləri ilə görmək və əməkdaşlığın yollarını aramaq məqsədi daşıdığını bildirib.
Səfir müavini Stefen MakKormik İcra Hakimiyyətindəki qəbuldan çox müsbət fikirlərlə ayrıldığını bildirib.Cənab Stefen MakKormik onu da diqqətə çatdırıb ki, Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarına təmsil etdiyi ölkədən böyük idmançı qrupu gələcək və bu möhtəşəm yarışda öz qüvvələrini sınayacaqlar.
İcra Hakimiyyətindəki görüşdən sonra səfir müavini Stefen MakKormik YAP Gəncə şəhər Təşkilatında olub və şəhərlə tanışlığa başlayıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


