Bronislav Komorovski İlham Əliyevə başsağlığı verib

Bronislav Komorovski İlham Əliyevə başsağlığı verib
  25 May 2015    Oxunub:1740
Polşa Respublikasının Prezidenti Bronislav Komorovski Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.
Məktubda bildirilir:

"Möhtərəm cənab Prezident,
Bakıda yaşayış binasında baş vermiş yanğının faciəvi nəticələri barədə məlumat məni sarsıtdı. Polyak xalqı adından və şəxsən öz adımdan Sizə və bu faciədə zərər çəkmiş şəxslərə dərin kədərimi bildirirəm.

Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, faciədə yaralananlara isə şəfa diləyirəm".

AzVision.az


Teqlər:



Xəbər lenti