Hərbçilərə qoyulan qadağa təsdiqləndi - FƏRMAN

Hərbçilərə qoyulan qadağa təsdiqləndi - FƏRMAN
  26 May 2015    Oxunub:5726
Azərbaycan Prezident İlham Əliyev “Hərbi qulluqçuların statusu haqqında” qanuna edilən dəyişikliklərlə bağlı “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də edilən dəyişikliklərin təsdiq edilməsi barədə fərman imzalayıb.

AzVision.az xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə qulluq edən hərbi qulluqçular (hərbi attaşelər, hərbi nümayəndələr və onların köməkçiləri istisna olmaqla), habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda beynəlxalq hərbi təlimlərə, antiterror, xilasetmə və xidməti zərurətlə bağlı digər tədbir və ya əməliyyatlara cəlb olunan müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanlarının rəsmiləşdirilmiş icazəsi olduqda Azərbaycan Respublikasından gedə biləcəklər.

AzVision.az


Teqlər:



Xəbər lenti