SOCAR-ın rəisi məhkəməyə üz tutdu - Vəhhabi iddiası

SOCAR-ın rəisi məhkəməyə üz tutdu - Vəhhabi iddiası
  26 May 2015    Oxunub:3965
SOCAR-ın Nəqliyyat İdarəsinin rəisi Elçin Zülfüqarov hüquq müdafiəçisi Bəxtiyar Məmmədovu məhkəməyə verəcək.
AzVision.az xəbər verir ki, bu barədə Trend-ə İdarənin hüquq şöbəsinin rəisi Emin Hüseynov deyib.

E.Hüseynov qeyd edib ki, buna səbəb B.Məmmədovun mətbuatda SOCAR-ın Nəqliyyat İdarəsinin rəisi Elçin Zülfüqarovla bağlı əsassız məlumat yaymasıdır. Onun sözlərinə görə, hazırda sənədlər hazırlanır və ən yaxın vaxtda iddia ərizəsi məhkəməyə təqdim olunacaq.

E.Hüseynov bildirib ki, E.Zülfüqarovla bağlı yayılan məlumatların heç bir əsası yoxdur. Onun sözlərinə görə, bu, sadəcə olaraq E.Zülfüqarova qarşı aparılan qarayaxma kampaniyasıdır. E.Hüseynov qarayaxma kampaniyasının kimlər və hansı məqsədlə aparılmasından xəbərsiz olduğunu bildirib.

Qeyd edək ki, ötən gün hüquq müdafiəçisi B.Məmmədov E.Zülfüqarovun 120 nəfərdən artıq işçisinin vəhhabi cərəyanına qoşulmasını, İdarədə dövlət əmlakını mənimsəməsini iddia edən məlumat yayıb


Teqlər:





Xəbər lenti