32 dərəcə isti gəlir

32 dərəcə isti gəlir
  31 May 2013    Oxunub:1491
Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Mili Hidrometeorologiya Departamentinin məlumatına görə, temperatur gecə 14-19, gündüz 25-30° isti olacaq. Bakıda gecə 17-19°, gündüz 26-28° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 757 millimetr civə sütunu, nisbi rütubət gecə 80-85, gündüz 65-70 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında 25-30°, Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəydə 15-20°, Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayılda 24-29°, Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmazda 21-26°, Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçalada 25-30°, bəzi yerlərdə 32°-dək, Masallı-Lənkəran-Astara-Lerik və Yardımlıda 24-29° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz: Yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim dəyişikliyi əksər meteohəssas insanlar üçün əlverişlidir.


Teqlər:  





Xəbər lenti