Bu il hamı attestat alacaq

Bu il hamı attestat alacaq
  31 May 2013    Oxunub:1670
“Bütün şagirdlərə attestatların verilməsi qərarı tədris ilinin sonunda verildiyindən onun texnoloji nöqteyi-nəzərindən bir neçə gün ərzində icrası demək olar ki, qeyri-mümkündür”.

AzVision.az-ın məlumatına görə, bu sözləri təhsil naziri Mikayıl Cabbarov əvvəlki illərdə attetsta almayan şagirdlərin aqqibəti ilə bağlı jurnalsitlərə açıqlamasında deyib.

“Bu il bütün çagirdlər attestat ala biləcək. Biz müvafiq dövlət qurumları ilə işləyəcəyik ki, üzümüzə gələn illərdə cənab prezident tərəfindən həyata keçirilən sosial siyasəytin çərçivəsində bu məsələ öz həllini tapsın. Nəzərdə tuturam ki, gələn tədris ilində biz müvafiq dövlət qurumları ilə birlikdə çalışaraq bu məsələni həll edəcəyik. 2014-cü ildə əvvəlki illərdə atesstatdan məhrum olan şagirdlər də attestat ala biləcəklər”.

O, eyni zamanda dərsliklərin hazırlanması prosesindən də danışıb. Nazir bildirib ki, bundan sonra dərsliklərin hazırlanmasında texnoloji dəyişiklər olacaq.

“Hazırda mövcud olan praktika ondan ibarətdir ki, əsasən krikulumla dərs alan siniflərdə dərsliklərin yaradılması və onların çap edilməsi tədris ilinin başlanmasına qısa bir müdət qalmış təhvil verilir. Hazırda 6-cı sinif dərsliklərin hazırlanması prosesi gedir. Tez hazırlanan dərsliklər İlk növbədə müəllimlər üçün müəyyən çətinliklər yaradır. Onlar yeni dərsliklərlə tanış olamaq üçün kifayət qədər vaxt əldə etmirlər. Belə ki, texniki, texnoloji və digər mexaniki səhvlərin baş verdiyi təqdirdə onların aradan qaldırılması üçün kifayət qədər vaxt qalmır. Ona görə də biz hesab edirik ki, bu təcrübə dəyişilməlidir. Dərsliklərin hazırlanması üçün ən azı bir tədris ili başa çatmalıdır. Ondan sonra çox gümanki müəyyən pilot məktəblər siniflər müəyyənləşməlidir ki, yeni tədris olunan dərsliklər orada bir il tətbiq olunsun. Burada məqsəd şagirdlərin, müəllimlərin, mütəxəssislərin monitoriqlərin və ya bunların hamısının tədris prosesində mümkün qədər az mənfi təsir göstərsin və müətxəsisslərin və ekspertlərin işi mükəmməl səviyyədə və müvafiq vaxtda məhduyyəti olmadan, keyfiyyətli həyata keçirilsin. Amma bu vaxt tələb edəcək. Təbii olaraq bu il tədris ilində bu qeyri-mümüknüdür. Çünki bu proseslər artıq gedir. 2014-cü tədris ilinin əvvəlindən biz bu prosesi tətbiq etmək niyyətindəyik”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti