Daha iki yol bağlanır

Daha iki yol bağlanır
  26 May 2015    Oxunub:1639
Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən verilən məlumata görə, bu gün saat 22:00-dan səhər saatlarınadək Binəqədi rayonu Cəfər Xəndan və Şövkət Məmmədov küçələrində yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu səbəbdən göstərilən müddət ərzində sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

AzVision.az


Teqlər:



Xəbər lenti