Dövlət başçıları İlham Əliyevi təbrik edir

Dövlət başçıları İlham Əliyevi təbrik edir
  26 May 2015    Oxunub:1788
Misir prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycanın dövlət başçısı İlham Əliyevi 28 May - Respublika Günü münasibəti ilə təbrik edib.
Ə. əs-Sisinin məktubunda deyilir:

“Zati-Aliləri, Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Əlamətdar bayram münasibətilə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına rifah və tərəqqi arzu edirəm. Bu xoş fürsətdən istifadə edib, Sizə böyük hörmət və ehtiramımın olduğunu bildirirəm”.

Eyni zamanda İ. Əliyevi 28 May- Respublika Günü münasibəti ilə həmçinin Monteneqro prezidenti Filip Vuyanoviç və Qırğızıstan prezidenti Almazbek Atambayev təbrik ediblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti