Nəcməddin Sadıkov Rusiyaya getdi

Nəcməddin Sadıkov Rusiyaya getdi
  26 May 2015    Oxunub:2229
Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov mayın 26-da Rusiyanın Soçi şəhərinə yola düşüb.
Bu barədə AzVision.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, N.Sadıkov MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak edəcək.

Mayın 27-də keçiriləcək görüşdə nümayəndə heyətlərinin rəhbərləri müdafiə sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

AzVision.az


Teqlər:  



Xəbər lenti