`Bakı-2015` İranda da yayımlanacaq

`Bakı-2015` İranda da yayımlanacaq
  26 May 2015    Oxunub:1717
"Bakı 2015" I Avropa Oyunlarının Qərbi Asiyanın ən böyük ölkəsi sayılan İranda yayımlanmasına dair müqavilə imzalanıb.
Oyunlar General Entertainment and Media (GEM TV Group) vasitəsilə tamaşaçılara təqdim olunacaq.

Oyunlar Yahsat, Nilesat və Hotbird peykləri vasitəsilə pulsuz yayımlanacaq. Anlaşmaya əsasən, yayım hər gün rəqəmsal, mobil olmaqla fars və kürd dillərində 75 milyon insanı əhatə edəcək.
Qeyd edək ki, İran Amerika, Hindistan, Çin, Honkonq, Yaponiya, ərəb dünyası və Avstraliya kimi ölkələri də əhatə edən yayımçılar siyahısına daxil olub.

AzVision.az


Teqlər:



Xəbər lenti