“Bu, bir həftəyə görüləsi iş deyil”

“Bu, bir həftəyə görüləsi iş deyil”
  31 May 2013    Oxunub:1030
“Xaricdə təhsil alanların problemləri ilə bağlı müraciətlər daxil olur. Bu müraciətlər içərisində əsaslı müraciətlər var idi”.

AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib.

“Daxil olan müraciətlər arasında elələri var ki, onlar öz hüquqlarını tam şəkildə anlamırdılar. Daxil olan müraciətlərin araşdırılması prosesi bu gün də davam etdirilir. Yəni, bu ümumilikdə Təhsil Nazirliyinin birbaşa vəzifələrinə aid olan bir məsələdir. Bu nə kampaniya xarakteri daşıyır, nə də hansısa bir gün, bir ay və yaxud bir həftə görüləsi iş deyil”.

Nazir vurğulayıb ki, Azərbaycanın xaricdə təhsil alan şagirdləri və tələbələri Azərbaycan Respublikasının vətəndaşları, ölkəmizin sözün əsil mənasında seçilmiş nümayəndələridir.

“Onlar dövlət başçısı tərəfindən həyata keçirilən siyasətin, qara qızılın insan qızılına çevrilməsi siyasətinin gələcək məhsullarıdır. Ona görə də, bu təbəqənin ehtiyacları, sualları, sorğuları, təbii olaraq Təhsil Nazirliyinin gələcəkdə də diqqət mərkəzində olacaq. Onu da vurğulamaq istəyirəm ki, dediyim hər bir söz Azərbaycanın xaricdə təhsil alan vətəndaşlarına aid deyil, həmçinin Azərbaycan Respubliaksının təhsil müəssislərində təhsil alan tələbələrə də aiddir”.

Anar


Teqlər:  





Xəbər lenti