Daha üç kənddə qaz verilib

Daha üç kənddə qaz verilib
  26 May 2015    Oxunub:1404
Bu gün Cəlilabad rayonunun Hasıllı, Hacıismayıllı və Seyidbazar kəndlərinə təbii qazın verilişi bərpa olunub.
AzVision.az-ın SOCAR-ın saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirlərdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 188 abonenti olan Seyidbazar kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 16 126 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 188 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

83 abonenti olan Hasıllı kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 5190 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 83 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

70 abonenti olan Hacıismayıllı kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 4331 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 70 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirlərdə çıxış edən ictimaiyyət nümayəndələri kəndlərə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.


Teqlər:





Xəbər lenti