Azərbaycan ordusu döyüş vəziyyətinə gətirildi - VİDEO
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bütün səviyyələrdə motoatıcı, tank və digər qoşunlar arasında qarşılıqlı ələqənin yaradılması və döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə keçirilən təlimlər istənilən hava və iqlim, çətin və ağır relyef, o cümlədən gecə və məhdud görmə şəraitində döyüş atışları ilə tam müharibə vəziyyətinə yaxın elementlərlə icra olunur.
Təlimlərdə iştirak edən birləşmə və bölmə komandirləri qoşunların idarə olunmasını, şəxsi heyət isə silahların düzgün tətbiqi, döyüş texnikasının istismarı bacarığı və vərdişlərinin artırılması üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetirirlər. Şəxsi heyətin əldə edəcəyi bilik və bacarıqlar gələcək döyüş fəaliyyətlərində məharətlə tətbiq olunacaq.
Yüksək bacarıq və döyüş hazırlığı ilə fərqlənən tank, PDM, artillerya qurğularının heyətləri, hava hücumundan müdafiə və motoatıcı bölmələrin şəxsi heyəti təlim rəhbərliyi və komandanlıq tərəfindən həvəsləndiriliblər.







Vaxtında, Aydın, Lazımlı!


