Merkel: Fransada böhran qaçılmazdır

Merkel: Fransada böhran qaçılmazdır
  31 May 2013    Oxunub:1226
Avropa Komissiyası rəsmi Parisə sərt iqtisadi tədbirlər həyata keçirməsi üçün iki il möhlət verib.
"Fransa da İspaniya və Yunanıstan kimi sərt iqtisadi islahatlar həyata keçirməlidir. Əks təqdirdə bu ölkədə iqtisadi böhran qaçılmaz olacaq".

Belə bəyanatla Almaniya kansleri Angela Merkel çıxış edib. Fransa prezidenti Fransua Olandla görüşündən sonra jurnalistlərin suallarını cavablandıran Merkel qeyd edib ki, Avropa Komissiyası rəsmi Parisə iki il möhlət verib:

"Bu zaman kəsiyində Fransa təcili tədbirlər həyata keçirməlidir. İqtisadiyyatın yenidən möhkəm dayaqlar üzərində dayanması üçün rəsmi Paris islahatlar tətbiq etməlidir. Bunun üçün də sərt tədbirlər vacibdir".

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti