Bakıda atəşfəşanlıq olacaq

Bakıda atəşfəşanlıq olacaq
  27 May 2015    Oxunub:1740
28 May- Respublika Günü ilə əlaqədar Bakıda atəşfəşanlıq olacaq.
Bu barədə AzVision.az-a Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Bakı Şəhər İcra Hakimiyyəti Sizi 28 May – Respublika Günü münasibəti ilə təbrik edir, keçiriləcək bayram konsertinə və möhtəşəm atəşfəşanlığı seyr etməyə dəvət edir.

Bayram Milli Parkın ərazisində Saat Qülləsinin yanında incəsənət ustalarının iştirakı ilə təşkil olunan konsert saat 21.00-da başlayacaq və saat 23.00-da möhtəşəm atəşfəşanlıq olacaq.

Bakı Şəhər İcra Hakimiyyəti Sizi bayram şənliklərinə dəvət edir.


Teqlər:



Xəbər lenti