Nazir parlamentə məlumat verdi
Maliyyə naziri Samir Şərifov iclasa çıxış edərək bildirib ki, 2012-ci ildə ölkənin valyuta ehtiyyatı yüksələrək 14 faiz artıb : “Bu isə 44,5 milyard ABŞ dolları deməkdir. 2012-ci ildə işləyənlərin aylıq əmək haqları 2011-ci ilə müqayisədə 8,7 faiz artaraq 396 manat təşkil edib. 2012-ci ildə hər adambaşına düşən gəlir 12,2 % artaraq 3,8 min manat təşkil edib.
2012-ci ildə inflyasiyanın səviyyəsi 1,1 % olub, 2012-ci ildə də ölkənin makroiqtisadi sabitliyi qorunub saxlanıb. Həmçinin, əhalinin gəlirləri artıb, qeyri-neft sektorunda artım baş verib. 2012-ci ildə icmal büdcənin gəlirləri 22,3 milyard manat, xərcləri 20 milyard manat təşkil edib. 2012-ci ildə 938 milyon manat profisit proqnozlaşdırılırdısa, bu rəqəm artaraq 2,3 milyard manata çatıb”. Qanun layihəsi səsvermə ilə qənaətbəxş sayılıb.
Sevinc İltifatqızı