Dilqəm Əsgərova qarşı təxribat: məktubu silindi
“Salam, məktubunuzu aldım. Yaxşıyam. Heç bir problem yoxdur. Həbs olunmağımla bağlı verdiyim şikayətə mayın 28-də “Ali Məhkəmə”də baxılacaq. Narahat olmayın. Hərkəsə salam deyin”-deyə Dilqəm məktubunda bildirib.
S.Musayev həmçinin qeyd edib ki, məktubdakı cümlələrin çoxunun üstündən qara xətt çəkilib: “Dilqəmin əksər cümlələri qaralanıb. Heç nə oxumaq mümkün deyil. Biz ona görə çox narahatıq”.
Xatırladaq ki, ötən ilin iyulunda Kəlbəcərdə Ermənistan əsgərləri tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov ömürlük həbs, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
Hafiz Əhmədov







Vaxtında, Aydın, Lazımlı!


