“Bakı 2015” Rotterdamda təqdim olundu
Universitetin Avropa, Asiya və Afrikadan olan 120-dək tələbəsi üçün hazırlanmış təqdimatda əvvəlcə Avropa Oyunları haqda çəkilən qısametrajlı videoçarx nümayiş etdirilib. Daha sonra Toğrul Eyvazov və Yusif Əzimov Bakı 2015 Birinci Avropa Oyunları haqqında hazırlanmış xüsusi videotəqdimat vasitəsilə möhtəşəm yarış barədə gənclərə geniş məlumat verib. Azərbaycanlı tələbələr həmçinin Oyunların keçirilməsi ilə əlaqədar ölkəmizdə aparılan hazırlıq prosesi – böyük idman arenalarının tikintisi, təmir-abadlıq işləri və s. barədə danışıblar.
Təqdimatın ikinci hissəsində Azərbaycanın tarixi, zəngin mədəniyyəti, incəsənət abidələri, mətbəxi və xalqımızın qonaqpərvərliyindən bəhs olunub. Xüsusilə, Bakı haqqında geniş çıxış edən azərbaycanlı tələbələr paytaxtın qədim mədəni abidələri, memarlıq nümunələri, UNESCO-nun Dünya Mədəni İrsi siyahısına salınmış İçəri Şəhəri, eləcə də modern binaları - Alov qüllələri, Heydər Əliyev Mərkəzi kimi möhtəşəm tikililər barədə əcnəbi gənclərə məlumat verib.
Azərbaycan Gənclər Təşkilatı (Rotterdam) Bakı 2015 Birinci Avropa Oyunları ilə bağlı təbliğat kampaniyasını davam etdirəcək.
AzVision.az
Teqlər: