Leyla Əliyevanın baş redaktoru olduğu kitab nəşr olundu
“Ekoloji Menecment” kitabı ümumi ekologiyanın əsasları ilə yanaşı, biosenozlar, eko-sistemlər, maddələr dövranı, ekoloji amillər, canlı aləm, qlobal ekoloji problemlər, ətraf mühit və insan sağlamlığı, təbiəti mühafizənin ekoloji prinsipləri, ətraf mühitin keyfiyyətinin mühafizəsinin hüquqi əsasları və cəmiyyət-təbiət münasibətlərinin müasir strategiyası kimi vacib mövzuları əhatə edir.
Heydər Əliyev Mərkəzində keçirilən təqdimatda bir sıra dövlət qurumları nümayəndələri, ali təhsil müəssisələrinin tələbə və müəllimləri, həmçinin özəl şirkətlər və vətəndaş cəmiyyəti üzvləri iştirak edib.
Çıxış edən təbdir iştirakçıları Azərbaycan dilində hazırlanan “Ekoloji Menecment” kitabının ətraf mühit sahəsində təhsil alan və bu sahədə çalışan şəxslərin qabaqcıl dünya təcrübəsi ilə tanışlığı baxımından əhəmiyyətli olduğunu bildirib.
Tədbirin sonunda iştirakçılara “Ekoloji Menecment” dərs vəsaitinin nüsxələri paylanılıb.
AzVision.az