Respublika günü: Dilqəm “məhkəmə” qarşısında

Respublika günü: Dilqəm “məhkəmə” qarşısında
  28 May 2015    Oxunub:2746
Kəlbəcər rayonunda girov götürülən azərbaycanlı Dilqəm Əsgərov bu gün “məhkəmə” qarşısına çıxarılıb.
Bu barədə AzVision.az-a girovun qardaşı Sahib Musayev məlumat verib. Bildirib ki, bu məlumatı D.Əsgərov ötən gün Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə göndərdiyi məktubunda qeyd edib.

“Bu gün Dilqəmin “məhkəmə”si olmalıdı. O, məktubunda həbsi ilə bağlı verdiyi şikayətə bu gün “Ali Məhkəmə”də baxılacağını qeyd edib. Qardaşıma görə çox narahatıq. Ermənilərin “məhkəmə”ləri qondarmadır. Dilqəm və Şahbaz öz topaqlarımıza səfər ediblər. Heç bir qanunu pozmayıblar”.

Xatırladaq ki, ötən ilin iyulunda Kəlbəcərdə Ermənistan əsgərləri tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov ömürlük həbs, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

AzVision.az


Teqlər:  



Xəbər lenti