`Cəmil Həsənli yenidən Əli Kərimlini ayaq altına atar`

`Cəmil Həsənli yenidən Əli Kərimlini ayaq altına atar`
  29 May 2015    Oxunub:2708
Cəmil Həsənlinin BAXCP sədri Qüdrət Həsənquliyev haqqında “ona cavab verməyi özümə sığışdırmıram” replikası qarşı tərəfin də reaksiyasına səbəb olub. BAXCP sədrinin siyasi və ictimai məsələlər üzrə müavini Niyaməddin Orduxanlı bildirib ki, Cəmil Həsənli hər dəfə müxtəlif bəhanələrlə Qüdrət Həsənquliyevin dediklərinə cavab verməkdən qacıb.

- Qüdrət bəy deyir ki, sən deputat olan vaxtlarda Milli Lider Heydər Əliyevin məzarını ziyarət edirdin, İlham Əliyevin nazirlərindən aldığın pullarla kitablar yazırdın. Həmin kitablarda “İlham Əliyevin liderliyi ilə Azərbaycan Qafqazda lider dövlətdir” yazmışdın. Heç olmasa bu kitablarından utan. Nə tez yadından çıxdı ki, müavin olduğun Əli Kərimli Milli Məclisi boykot etmişdi. Sən isə mandat sevgindən Əli Kərimliyə heç bir əhəmiyyət vermədən, gedib oturdun Milli Məclisdə. Buna görə də Əli Kərimli səni partiyadan qovdu. Bu gün səni yenidən Milli Məclisə düşsən, yenə də Əli Kərimlini ayaqlarının altına atarsan. Bunu Əli Kərimli də yaxşı bilir,- Orduxanlı deyib.

Milli Şuranın mitinqilə bağlı da fikirlərini bölüşən Orduxanlı bildirib ki, Əli Kərimli fürsətcilik edir: “O, bəzi Qərb dairələrinin indiki münasibətindən istifadə edib, özünü onlara göstərir. Ancaq Qərb yaxşı bilir ki, “Milli Şura”nı keçən il Rusiya yaratmışdı və fəxri sədri də hazırda Rusiyada yaşayır. Rusiyanın layihəsinə Qərb heç vaxt dəstək verməz. Olsa–olsa, Əli Kərimlidən bəzi məsələrdə istifadə edərlər”.


Teqlər:  





Xəbər lenti