Mitinq başa çatdı - FOTOLAR

Mitinq başa çatdı - FOTOLAR
  30 May 2015    Oxunub:13367
Milli Şuranın `Xilas olaq` mitinqi hələ başlamayıb. Saat 15:00-ya təyin olunan mitinq yarım saatdır gecikir.

Qeyd edək ki, Müsavat, ALP, AMİP, ADP, KXCP və digər partiyalar Milli Şuranın mitinqini boykot ediblər.

`Məhsul` stadionunda çox az sayda insan gəlib.

***

Milli Şuranın mitinqi təyin olunan vaxtdan gec başlayıb. Mitinqdə AXCP sədri Əli Kərimli və Milli Şura sədri Cəmil Həsənlidən başda müxalifət partiya sədrləri iştirak etmirlər.

***

Öncə Əli Kərimli, sonra `Azadlıq` qəzetinin baş redaktor müavini Rahim Hacıyev çıxış edib. Sabiq deputat Gültəkin Hacıbəyli isə tribunaya çıxmayıb.

***

Bununla da Milli Şuranın mitinqi başa çatdı.

***

Əli Kərimli aksiyadan sonra jurnalistlərin suallarını cavablandırıb. O, aksiya iştirakçılarının sayı məsələsinə toxunmayaraq yalnız onu deyib ki, "Mitinq alındı".

Qeyd edək ki, ilkin qiymətləndirmərə görə, aksiyada 300-400 adam iştirak edib.

***

Bakı Şəhər Baş Polis İdarəsindən AzVision.az-a daxil olan məlumata görə, saat 15.30-dan 16.30-dək davam edən toplantıda həmin quruma daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 400 (dörd yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti