Məşəl Sumqayıtda

Məşəl Sumqayıtda
  31 May 2015    Oxunub:1779
“Bakı-2015” ilk Avropa Oyunlarının məşəlinin növbəti ünvanı Sumqayıt olub.
AzVision.az-ın məlumatına görə, ilk Avropa Oyunlarının məşəli sumqayıtlı gənc fəal Elvin Dadaşov qəbul edib. Sonra 10 nəfər məşəli növbə ilə bir-birinə ötürərək yolboyu düzülən sumqayıtlıların alqışları altında Heydər Əliyev prospekti, Sülh, Səməd Vurğun küçələri, Azadlıq prospektindən keçməklə Bayraq Meydanına gəliblər.

Azərbaycanın şahmat üzrə qadınlardan ibarət milli komandasının kapitanı, beynəlxalq dərəcəli qrossmeyster Zeynəb Məmmədyarova burada quraşdırılan səhnəyə qalxaraq məşəli alovlandırıb.


Teqlər:  





Xəbər lenti