Sinoptiklərdən iyunun ilk gününə müjdə

Sinoptiklərdən iyunun ilk gününə müjdə
  01 İyun 2015    Oxunub:2148
İyunun 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, səhər və axşam bəzi yerlərdə zərf duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 18-22° isti, gündüz 25-30° isti olacağı gözlənilir.

Azərbaycan rayonlarında gündüz hava əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 16-21° isti, gündüz 29-34° isti olacağı gözlənilir. Dağlarda gecə 13-18° isti, gündüz 23-28° isti olacağı gözlənilir.


Teqlər:



Xəbər lenti