Elman Mehdiyevdən pensiya açıqlaması

Elman Mehdiyevdən pensiya açıqlaması
  01 İyun 2015    Oxunub:2990
“Pensiya təminatında dövlət öhdəlikləri ilə sığorta-pensiya sisteminin öhdəliklərinin maliyyə mənbələrinin fərqləndirilməsi məqsədilə qanunvericiliyə dəyişiklik layihəsi hazırlanır”.
AzVision.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev bildirib. O qeyd edib ki, hazırda sığorta-pensiya sistemi tam özü-özünü maliyyələşdirir və bundan əlavə sosial sığorta ilə bağlı olmayan dövlət öhdəliklərinin qarşılanmasına da vəsait ayırır.

Fond sədrinin sözlərinə görə, hazırda ödənilən, eləcə də yeni təyin olunan pensiya məbləğlərinin bir hissəsini müstəqil Azərbaycan Respublikasında sosial sığorta qanunvericiliyinin tətbiq olunduğu 1992-ci ilin 1 yanvarından əvvəlki dövr üzrə formalaşmış məbləğlər, həmçinin məcburi dövlət sosial sığorta haqları ilə bağlı olmayan əlavələr təşkil edir: “Dövlət büdcəsindən ayrılan transfertin həcmi həmin dövlət öhdəliklərindən əhəmiyyətli şəkildə aşağıdır, deməli, bu xərclərin maliyyələşdirilməsinə büdcə transfertlərindən əlavə olaraq sosial sığorta vəsaitləri də yönəldilir. Başqa sözlə, hazırda sığorta-pensiya sistemi tam özü-özünü maliyyələşdirir və bundan əlavə sosial sığorta ilə bağlı olmayan dövlət öhdəliklərinin qarşılanmasına da vəsait ayırır. Lakin nəzərə alınmalıdır ki, qeyd olunan xərclərin maliyyələşdirilməsinə yönəldilən sosial sığorta vəsaitlərinin ayrı-ayrı sığortaolunanların fərdi hesablarında şərti pensiya kapitalları kimi qeydə alınması, gələcəkdə təyin ediləcək pensiya məbləğləri üzrə sistemin maliyyə öhdəliyini də formalaşdırmaqdadır.

Göstərilənlə əlaqədar, sığorta-pensiya sisteminin uzunmüddətli inkişaf dövrü üçün maliyyə dayanıqlığının daha da möhkəmləndirilməsi məqsədilə dövlətin öhdəlikləri ilə sığorta-pensiya sisteminin öhdəliklərinin fərqləndirilməsi zərurətə çevrilib”.


Teqlər:





Xəbər lenti